Azərbaycanda açıq-saçıq fotosessiyalar etdirən tanınmışlar – SİYAHI – FOTOLAR
18-08-2022, 06:44

Dünya məşhurlarının 99 faizinin seksual fotoları həmişə diqqət çəkib. 57 yaşlı aktrisa Monika Belluçi, 61 yaşlı pop ulduz Madonna, reperlərdən Niki Minaj, Cardi B və başqaları müxtəlif jurnal, klip və müxtəlif çəkilişlər üçün kamera qarşısına keçirlər.

Azərbaycanda da bu cür cəsarətli çəkilişlər edən məşhurlar da az deyil. “Soyunmaq bir cəsarət, müzakirələri gözə almaq iki cəsarət tələb edir” deyib kameralara poz verənləri sizin üçün bir araya gətirdik. AZİNFORM.AZ lent.az-a istinadən açıq-saçıq fotosessiya etdirən azərbaycanlı məşhurların fotolarını təqdim edir:

1.    Aygün Kazımova – sənətdə böyük addımları və cəsarəti ilə tanınan divanın atəşli fotoları;

2.    Röya Ayxan – dəlisov müğənninin alt paltarsız görüntüləri yayımlandığı dövrə bomba kimi düşmüşdü;

3.    Afaq Aslan – müğənni ötən illərdə fotolarıyla müzakirələrə səbəb olmuşdu;

4.    Dilarə Kazımova – gənc və istedadlı müğənni fotolarda da öz sözünü deyir;

5.    “Mən seks simvolam” deyən aktrisa Çimnaz Sultanovanın fotosessiyası;

6.    Müğənni Xatirə İslam da açıq-saçıq fotosessiya etdirənlərdəndir;

7.    Pərvin Abıyeva – aktrisalıqdan əlavə modelliklə də məşğuldur;

8.    Faiq Ağayev – ötən həftələrin birində klipi üçün soyunub kamera qarşısına keçmişdi;

9.    Rəqsanə İsmayılova – o da açıq-saçıq fotosessiyası ilə müzakirə olunanlar arasındadır;

10.    Roza Zərgərli – müğənninin vaxtilə çəkdirdiyi cəsarətli fotoları var;

11.    Elza Seyidcahan – bəstəkar-müğənninin açıq-saçıq çəkilişləri olub;

12.    Günay İbrahimli – klip çəkilişi üçün soyunan müğənnilər arasında o da var;

13.    Mina Hüseyn – müğənninin ən çox müzakirə edilən fotoları;

14.    Nigar Camal – şou-biznesimizin Jennifer Lopezi hesab edilən müğənninin göz oxşayan görüntüləri;

15.    Nura Suri – hər yaşda öz cavanlığını qoruyan müğənninin odlu-alovlu şəkli.

           





up