"Sənə aid olan həyatı heç bir qadına, nə də ki özümə arzu etmirəm” - Müğənni
6-08-2022, 10:50

Müğənni Nüşabə Musayevanın həmkarı Şəbnəm Tovuzlu haqda söylədiyi “Ondan zəhləm gedir, sünidir, “whatsapp”da blokdadır” sözləri şou-biznesdə növbəti qalmaqalın təməlini qoyub.

AZİNFORM.AZ xəbər verir ki, Şəbnəm qarşı tərəfin cavabını vermək üçün onunla əlaqə saxlayıb.

Tovuzlunun zəngini açmayan Musayeva telefonunun ekranını “screen” edərək sosial şəbəkə hesabında qarşı tərəfin ünvanını növbəti dəfə “daş qalaq” edib.

“Ay xanım, dincəlirəm. Xoşuna gəlməyən nüans varsa, get dediyin kimi şikayət elə. Hətta əlindən gələni ardına qoyma, nə demişəm əcəb etmişəm. Dediklərimin də arxasındayam. Qaldı mənə paxıllıq edir deməyinə, mən də sual verirəm - nəyinə, harana, kiminə?
Mənə lazım olacaq hər şeyə yüksək səviyyədə sahibəm. Nəyin var, özünə qismət. Sənə aid olan həyatı heç bir qadına, nə də ki özümə arzu etmirəm”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu haqqında kəskin ittihamlar səsləndirən Nüşabə Musayeva ilə bağlı hələ də heç bir şərh verməyib./bizim.media/ 

 





up