TikTok-da ən çox pul qazananlar - Siyahı
31-07-2022, 10:51

TikTok-da reklamlardan ən çox pul qazanan məşhurlar açıqlanıb. 
 
Siyahıda 11-ci sırada Dueyn Conson yer alıb. 50 yaşlı ulduzun 55 milyondan çox izləyicisi var. O, bir reklam üçün 40 min dollara yaxın gəlir əldə edir. 
Onuncu sırada isə 20 yaşlı Dominik Lipa yer alıb. 56 milyona yaxın izləyicisi olan məşhur bir paylaşım üçün 40 min dollar alır.  
 
9-cu yerin sahibi Loren Qrey 55 milyona yaxın izləyicisi olan hesabında bir paylaşımı 40 min 420 dollara edir. 
 
8-ci Spensir Polanko Nayt 55 milyonluq səhifəsində bir postu 40 min 940 dollara paylaşır. 
 
Dixie Damelio 35 milyon tərəfindən izlənilməsinə baxmayaraq digərlərindən bir qədər artıq məbləğ qazanır. Belə ki, onun hesabında bir reklam paylaşımının qiyməti 42 min 570 dollardır. 
 
66 milyona yaxın izləyicisi olan Kimberli Loaizanın reklam qiyməti 47 min 380 dollardır.
 
Bu il Oskar mükafatlandırma mərasimindəki şillə qalmaqalı ilə danışılan Uill Smit 72 milyonluq hesabəında bir reklam paylaşımını 53 min 750 dollara edir. 
 
89 milyona yaxın izləyicisi olan Addison Rae reklam üçün 65 min 200 dollar alır. 
 
25 yaşlı Bella Porç 90 milyonluq hesabında bir reklam postunu 66 min 830 dollara edir.
 
Məşhur tiktoker Kabi Leym isə bu siyahıda ikinci yerdədir. Onun 147 milyondan çıx izləyicisi var. Bir reklam üçün Kabiyə 92 min 270 dollar ödənilir.
 
18 yaşlı Çarli Damelio 144 milyondan çox izləyicisi olan hesabında bir reklam paylaşımını 105 min 770 dollara edir.




up