Həyat yoldaşını bətnindəki körpə ilə itirən Vasif Məhərrəmli göz yaşlarına boğuldu - VİDEO
26-05-2022, 14:04

Müğənni Asif Məhhərəmli həyatının ən ağır günündən danışıb. 

AZİNFORM.AZ xəbər verir ki, “1 Dəqiqə” proqramına qatılan ifaçı həyat yoldaşı rəhmətə gedərkən bətnində 7 aylıq övladı olduğunu deyib. Bu zaman o kövrələrək göz yaşlarını saxlaya bilməyib:

“Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü idi. Ondan o tərəfə mənim ağır günüm olmayıb. 2 il sonra da atamı itirdim. El deyimi var, deyirlər ki, atalar övladlarının çiynində həyatdan getsin. Özüm də içində olmaqla valideynlərə arzulayıram ki, gecindən olmaqla övladlarının çiynində getsinlər. Amma ən ağır günüm həyat yoldaşımı itirdiyim gün idi. O anda onu düşünmürsən. Bəlkə də məni qınayarlar, amma bətndə olanı düşünmürsən. Zaman-zaman mənə çox böhtanlar, şərlər atıldı. Hamısına sinə gəldim”.

Qeyd ededək ki, Məhərrəmli ikinci dəfə ailə həyatı qurub. Onun birinci evlilikdən Əfşan adlı qızı, ikinci ailə həyatından isə bir azyaşlı oğlu var. 


AZİNFORM.AZ



up