Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
14-05-2022, 14:05

"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.
Ekspertlər arasında övladından imtina etmək istəyən Sevdanın başına gələnləri müzakirə gedib. Bu zaman jurnalist Zülfiyə Qurbanova və aparıcı Xoşqədəm Hidayətqızı nə olursa olsun, daim qadınların hüquqlarının müdafiə edilməsinin zəruriliyini vurğulayıblar. 
Ekspert qismində iştirak edən Əməkdar artist Nüşabə Ələsgərli onların bu sözünə qəzəblənib. O, "Bura Azərbaycandır, Fransa deyil!" sözlərini söyləyərək sərt şəkildə etiraz edib. 
Qeyd edək ki, Sevda nikahdankənar dünyaya gətirdiyi övladını atası dediyi şəxs və ailəsi qəbul etmir. O, maddi vəziyyəti yaxşı olmadığı üçün  övladından imtina etmək istədiyini bidlirib. 

AZİNFORM.AZ



up