Burhan Çaçan vəfat etdi
12-01-2023, 17:09

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 yaşında İstanbuldakı evində vəfat edib.

Azinform.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. 1978-ci ildə "TRT Ərzurum" radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda “Səfa gəldin”, “Mən yarıma nələr alayım?”, “İpək yaylıq”, “Ayaz gecələr”, “Yağ yağmur” və “Vurun dalğalar” adlı mahnılar yer alıb.(report)





up