Məleykə Əsədovanın səhhəti pisləşdi
12-01-2023, 11:02

Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaranıb.

AZİNFORM.AZ xəbər verir ki, aktrisa bu barədə instaqramda paylaşım edib.

O, səhhəti ilə əlaqədar səhnəyə çıxa bilməyəcəyini bildirib: “Sənətimi sevən tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz “Xurşidbanu Natəvan” tamaşası yanvarın 15-də olmayacaq. Son zamanlar yayılan qriplərin mənə də təsiri nəticəsində tamaşa ayın 26-na keçirilib. Allah izn versə, 26-da varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizləri sevindirəcəyəm”.

Əsədova xəstəxanada olduğunu, müalicə aldığını deyib.





up