"Ailə qurmuşam ki, uşağım olsun?" - Mətanət Əsədova - VİDEO
10-01-2023, 22:49

"Gəl, danış" adlı proqramda maraqlı hadisə yaşanıb.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, verilişə oğlu və nəvəsi üçün gələn Firəngiz adlı qadın müğənni Mətanət Əsədova ilə bağlı iddia ortaya atıb.

O bildirib ki, M.Əsədova onun qudasının evini öz evi kimi təqdim edib:

"Oğlum həbs edilmişdi, xanımı Günel ayrıldı ondan. Anası məşhur "Lady Məryəm" idi. 2016-cı ildə Günel anasını öldürdü. Məryəm tanınırdı... Nəvəm Zəhra indi uşaq evindədir. Bir gün gördük Mətanət Əsədova evini göstərir ki, mənzilimdən cadu çıxdı. Həmin ev Məryəmin evi idi. Mənim nəvəmi isə deyir, qızımdır. Uşaq onların əlində oyuncaq olmuşdu. Bir dəfə müğənni Elnur da həmin evdə klip çəkirdi. Mətanət xanım orda da deyirdi ki, mənim qızımdır".

Verilşə zəng edən Mətanət "Ailə qurmuşam ki, uşağım olsun? Zarafat idi, etmişdik. Ev də Məryəmin evi idi" sözlərini əlavə edib.

Qeyd edək ki, sözügedən çəkiliş bir neçə il əvvəl olub.





up