Xalq artisti 10 il sonra yenidən eyni mükafatı qazandı - VİDEO
10-01-2023, 22:27

Xalq artisti Röya Ayxan 10 il sonra yenidən eyni mükafatı qazanıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Şou xəbər”in hazırladığı süjetdə bildirilib.

Belə ki, sənətçi “106.3 FM” Radisounun ən çox dinlənilən ifaçısı seçilib.

Röya bu mükafatı Nicat Rəhimovla birlikdə ifa etdikləri “Dəli kimi” mahnısına görə alıb.

Müğənni müsahibəsində “Gizli sevgi” ifasına görə də 10 il öncə eyni mükafata layiq görüldüyünü qeyd edib.





up