"Sevgilim yoxdur, belə bir şey olsa, gizlətmərəm" - Hasan Can Kaya
7-01-2023, 23:54

"Konuşanlar" proqramında aparıcılıq edən Hasan Can Kaya müğənni Hadisə ilə haqqında çıxan eşq iddiaları ilə bağlı açıqlama yayıb.

AZİNFORM.AZ xəbər verir ki, aparıcı haqlarında səsləndirilən fikirləri təkzib edib:

"İddialar doğru deyil. Özüm də xəbərlərdə gördüm. Gündə 14 saat çəkiliş meydançasındayam. Haradan çıxdı belə bir xəbər, heç bir fikrim yoxdur. Zatən sevgilim yoxdur, belə bir şey olsa, gizlətmərəm. O qədər tez yalanladım ki, özüm belə həqiqətən də sevgili olduğumuza inandım".





up