"Toppuş bacı" xəstəxanadan evə buraxıldı
23-11-2022, 17:36

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan evə buraxılıb.

AZİNFORM.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Toppuş bacı özü bildirib. O hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Səhhətim kafidir. Xəstəxanadan çıxmışam, amma indi sistem köçürülməsinə gəlmişəm. Başımda olan törəmələrə görə qaytarıram. Dekabrın 7-də ikinci iynəm vurulacaq. Həmin vaxt kimyəvi terapiya da alacam. Qan analizi verdikdən sonra nəticə məlum olacaq".

Qeyd edək ki, bir müddət Tünzalə Əliyevanın başında bədxassəli şiş aşkarlanıb.




up