ATV-yə Nanənin verilişinə görə xəbərdarlıq - VİDEO
21-11-2022, 22:36

Bir neçə gündür Xalq artisti Natiq Şirinovun ATV-də "Günün sədası" verilişində uşağı döyməklə bağlı söylədiyi fikirlər müzakirəyə səbəb olub.

Sözügedən kadrlara görə Audiovizual Şura tərəfindən kanala xəbərdarlıq edilib.

Bildirilib ki, "Günün sədası" proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Xatırladaq ki, N. Şirinov efirdə "Mənim atam bir səhv edəndə şillə vurardı. Biz belə-belə böyüdük… Əgər ata evə gələndə uşaq ayağa durmursa, onu didərəm" kimi fikirlər səsləndirib. /olay/

AZİNFORM.AZ





up