Mirəliyevdən “3 milyon” qonorar vəd olunan Ərsoya ETİRAZ: “O pulu üzdəniraq birinə verincə…”
21-11-2022, 18:08

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun Bakı konsertindən qazanacağı məbləğ açıqlanıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Yeni il gecəsi Bakıda səhnə alacaq Ərsoy bu konsertdən 3 milyon lirə (təxminən 274 min 500 manat) qonorar əldə edəcək.

Bu xəbər müğənnilər arasında təpki ilə qarşılanıb.

AZİNFORM.AZ-a açıqlama verən Əli Mirəliyev o pulu Bülənt Ərsoya verməkdənsə, Azərbaycanın sənətkarlarına verməyi məsləhət bilib:

“Bülənt kimdir axı o qədər pulu ona verirlər? Kişi səsi olan, sonradan qadınlaşan müğənnidir. O üzdənirağa pul verməkdənsə, özümüzün gül kimi sənətkarlarımız var – Mənsum İbrahimov, Azər Zeynalov, Aygün Bayramova, hansı birini deyim? – onlara versinlərin. Hamısı da Azərbaycan musiqisini, muğamını mükəmməl şəkildə bilir. Səsləri də var, sənətləri də. Biz özümüzə sağlığında dəyər vermirik. Öləndən sonra başlayırlar müğənnilərin lent yazılarını efirə verib: “Filankəs gözəl müğənni idi”, – deyib ağlaşma qurmağa. Əli Mirəliyevin nəyinə lazımdır, öləndən sonra verilən qiymət? Elə sağam, sağlığımda qiymətimi verin də…

Hansısa üzdəniraq müğənnini gətirib yuxarı başa keçirirlər, külli miqdarda qonorar ödəyirlər. Bizimkilər yazıq, Heydər Əliyev Sarayında konsert vermək üçün dəridən-qabıqdan çıxırlar. İcarə haqqı, ora-bura, yazıqların qazancı da olmur, elə xərc borcu güclə ödəyir. Büləntkimilər də hazırın naziri kimi, gəlirlər, o qədər pulu götürüb gedirlər”.  /yenicag.az/





up