Əməkdar artist: "Son 30 ildir bu yazı gözümün qabağından gəlib keçir" - VİDEO
10-11-2022, 17:43

"Güclü insan özü özünü depressiyadan çıxarır. Çünki mən özüm elə etmişəm. İnsanın həyatda arxalanmadığı bir olmasa, çox çətin olar. Bilirsən ki, arxanda dağ kimi dayanıb. Lazım olanda məsləhətini verəcək. Bu sənin bir rəfiqən yaxud da ailədən biri ola bilər".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli deyib. "Göstərir radio" verilişinə qonaq aktrisa öz kədərini və qəmini daim insanlardan gizlətdiyini, bununla insanları bezdirmək istəmədiyini bildirib:

"Belə insanlar var. Bu gün də var. Amma mən insanları yükləməyi sevmirəm deyə özüm özümü o vəziyyətdən çıxartmışam. Süleyman Peyğəmbərin üzüyündə "Bu da keçər" yazısı var. Son 30 ildir, bu yazı gözümün qabağından gəlib keçir".





up