Aktrisa: "Seriallarına baxıb, türk vətəndaşı ilə ailə qurub, xoşbəxt olacaqlarını düşünənlər..."
10-11-2022, 13:41

Bəzən serialların böyük hissəsi televiziya proqramları kimi insanların manqurtlaşdırılmasına xidmət edir. Amma xüsusilə türk serialları gənclərimizə daha çox təsir edir. Ən zərərliləri "romantik" seriallar və onların gənc qızların beyinlərinə təsirinin zaman-zaman şahidinə çevrilirik. Reallıq isə heç də türk seriallarında göründüyü kimi deyil.

AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Türkiyədə yaşayan və yaradıcılığına orada davam edən aparıcı, aktrisa Aysel Nazim moderator.az-a danışıb:

"Türkiyə seriallarında izlədiyimiz, gördüyümüz heç nə gerçək həyatda yaşanmır. Bunu birmənalı olaraq bilmək lazımdır. Türkiyədə yaşam heç də asan deyil. Yəni Türkiyədə istər ailə, istərsə iş baxımından vəziyyət heç də düşündüyünüz kimi deyil. Türk seriallarında görünən o dəbdəbəli həyat, holdinqlər, gözəl geyimlər ancaq elə serillardadır. Türkiyədə gerçək həyat tamamilə fərqlidir.

Məhz onların seriallarına baxıb, türk vətəndaşı ilə ailə qurub, xoşbəxt olacaqlarını düşünənlər bəzən bu düşüncələrində yanılırlar. Ailə həyatı qurmaq üçün doğru insanı seçmək lazımdır. Yoxsa "mən türkə ərə gedim, onların seriallarındakı kimi həyatım 180 dərəcə dəyişsin" deyə bir şey yoxdur. O arzularla gəlib, türk vətəndaşı ilə evlənib, həyatı məhv olan qızlarımız da var, həyatı qurtulanlar da. Doğru insanın hansı millətdən olması, hansı ölkədə yaşamasının fərqi yoxdur.

Onu da qeyd edim ki, türklərlə bizim dünyaya baxış tərzimiz, əxlaqi düşüncələrimiz, düşüncə tərzimiz, məntiqimiz tamamilə fərqlidir".

AZİNFORM.AZ






up