53 yaşında yarıyadək soyundu - FOTOSESSİYA
10-11-2022, 13:17

Cennifer Eniston “Allure” jurnalının yeni sayı üçün yarıçılpaq pozalar verib.

AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, aktrisa jurnala verdiyi müsahibəsində hamilə qalmaq cəhdlərindən də söz açıb: “30-40 yaşlarımda çox çətin bir dövr keçirdim. Hamilə qalmağa çalışdım. Bu mənim üçün çətin bir proses idi. Bütün bu illər boş ümidlə keçdi. Həqiqətən çətin idi. Exokardioqrafiyadan (EXO) keçdim, Çin çayları və nə məslət gördülərsə, nə eşidirdimsə içirdim. Əlimdən gələni etdim. Uğur qazanmış, lakin uşaq dünyaya gətirməyən qadın dərhal dilə düşür. Guya ərimin məni tərk etməsinin, ayrılıb evliliyimizi bitirməmizin səbəbi mən olub, onun üçün uşaq dünyaya gətirmədim. Böyük yalandır! Hazırda gizlədəcək heç nəyim yoxdur”, - deyə aktrisa bildirib.

Yenidən evlənmək niyyətində olmadığını deyən aktrisa təklikdən yorulduğunu da gizlətməyib: “Heç vaxt heç vaxt demə. Münasibət qurmaq istərdim. Elə vaxtlar olur ki, bir topun içində qıvrılıb deyirəm: Dəstəyə ehtiyacım var. Evdə məni gözləyən birinin yanına tələsmək gözəl olardı”.

Aktrisa filmoqrafiyasındakı ən məşhur layihəni – “Dostlar” kult serialını da xatırladıb.

“Bu serialın onları xərçəngdən xilas etdiyini söyləyənlər var, nə qədər insan şouya baxdıqdan sonra bizə təşəkkür edir. Həqiqətən bir-birimizi sevir və qayğı göstərirdik.

Sosial şəbəkələrə nifrət edirəm. Onları başa düşmürəm. Bu mənim üçün işgəncədir. Sosial şəbəkələr qızları və qadınları zahiri görkəmlərinə görə kompleksə düşməyə məcbur edir və sonsuzadək özlərini başqaları ilə müqayisə edirlər. İnstaqrama gəlməyimin səbəbi gözəllik xəttimi işə salmağımdır. Bu gün özümü 20 və ya 30, hətta 40 yaşlarımda hiss etdiyimdən daha yaxşı hiss edirəm. Özümüzə cəfəngiyyat danışmamalıyıq. Bir gün 65 yaşınız olacaq və başa düşəcəksiniz ki, əslində 53 yaşında inanılmaz dərəcədə gözəl olmuşuq”, - deyə o vurğulayıb.  /publika.az/






up