Ələkbər Yasamallı Azərbaycanı tərk edib
10-11-2022, 10:05

Meyxanaçı Ələkbər Yasamallı altı aydır ki, Almaniyadadır.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Təsir dairəsi" verilişinə qonaq olan prodüser Ataş Hüseynov bildirib.

Onun sözlərinə görə, Yasamallı sözügedən ölkədə yaşamaq üçün icazə almaq istəyir.

Qeyd edək ki, Ələkbər Yasamallı meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxın qohumudur.





up