Rihanna ana olduqdan sonra ilk dəfə fotosessiyaya etdirdi - FOTOLAR
10-11-2022, 01:11

34 yaşlı amerikalı müğənni Rihanna ilk övladının doğulmasından 6 ay sonra bədənini nümayiş etdirən fotosessiyaya çəkilib.
 

Müğənni şəkillərini öz İnstaqram səhifəsində paylaşıb.
 

AZİNFORM.AZ bildirir ki, Barbados əsilli sənətçi özünün alt paltarı brendi “SAVAGE X FENTY”nin yeni kolleksiyasının reklamı çərçivəsində dəbdəbəli geyimləri nümayiş etdirərək səmimi fotosessiyada rol alıb.
 

Gənc ana doğuşdan altı ay sonra öz fiziki quruluşunu açıq şəkildə göstərib. 2022-ci ilin mayında ilk dəfə ana olduqdan sonra inanılmaz dərəcədə çəki alan Rihanna o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmırdı. Tədricən işə qayıdan müğənni “Marvel” üçün soundtrack yazdırır. O, “Super Bowl” layihəsində çıxış edəcəyini elan edib.
 

Rihanna brendinin yeni kolleksiyasının nümayişi zamanı podiuma Conni Depp, İrina Şeyk, Kara Delevin və digər məşhurlar çıxıb. Lakin Hadid bacıları Ember Herddən qalmaqallı şəkildə boşandıqdan sonra Conni Depp tərəfindən dəvət edilsələr də, verilişdə iştirakdan imtina ediblər.
 

Xatırladaq ki, Rihanna 2022-ci ilin payızı üçün mükəmməl monoxrom (tək rəng) görünüş nümayiş etdirmişdi.
 

Qeyd edək ki, bu yaxınlarda mətbuat Rihannanın ilk övladı ilə bağlı etiraflarl haqqında da yazıb.  /sfera.az/






up