"Mən görünüş olaraq ağsaqqal olmayacam" - Nadir Qafarzadə
4-11-2022, 23:17

Müğənni Nadir Qafarzadə ailəsi ilə bağlı sualalrı cavablandırıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, "Magazin Plus" verilişinə danışıb. Oğlu Loğman və gəlinindən söz açan Nadir bunları söyləyib:

"Bir nəfər evlənirsə, övladı da olacaq. Ümumiyyətlə bu barədə danışmaq istəmirəm, Allah verən paydır. Bununla bağlı kompleksim yoxdur. Amma yaşlanmaq istəmirəm. Bu yaxınlarda Antalyada idim, taksidə gedirəm, deyirəm bu xanımımdır, o biri gəlinim. Deyir, necə? Qayıtdı ki, sizə maksimum 35 yaş vermək olar. Söylədim ki, 55 yaşım var. Bu məni sevindirir ki, gənc qala bilmişəm. Axı içimdə qurd yoxdur. Gözəl və nurlu yaşlanmaq da gözəldir. Bizim millətimizə yaraşır, qocaldıqca üzlərinə nur gəlir. Başqa millətlərin qocalarına baxıram o, nur yoxdur. Mən görünüş olaraq ağsaqqal olmayacam".





up