Acunun hər kəsdən gizlətdiyi qardaşı görənləri heyrətləndirdi — FOTO
2-11-2022, 23:47

Məşhur teleaparıcı Acun Ilıcalınin qardaşı ilə birgə fotosu Türkiyə mediasında gündəm olub.

AZİNFORM.AZ “Haberler.com”a istinadən xəbər verir ki TV8 kanalının sahibi Acun Ilıcalı qardaşı Ömər Cenker Ilıcalıyla olan fotosunu sosial mediya hesabından paylaşıb.

Teleaparıcının böyük qardaşını götən izləyicilər "kopyası" və "bu qədər oxşarlıq" şərhlərini yazıblar.

İş həyatı ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmdə gələn Ilıcalının ailəsi də sevənləri tərəfindən yaxından izlənilir.

Belə ki, Acunun bir qardaşı olduğunu bilməyən izləyiciləri təəccüblərini gizlədə bilməyiblər. Hətta bir çoxu "yolda görsəm Acun Ilıcalı zənn edərdim" deyə bildirib.

Qeyd edək ki, fotoda Acun Ilıcalı, böyük qızı Banu, qardaşı Ömər Cenker Ilıcalı və qardaşı qızı Ece yer alıb.






up