Danla Bilic proqrama içkili qatılıb? - VİDEO
1-11-2022, 22:46

Türkiyəli fenomen Danla Bilicin "Alelade show"ya içkili qatıldığı iddia olunub.

AZİNFORM.AZ xəbər verir ki, hazırda aktyor Kubilay Aka ilə sevgili olan Danla evlilik suallarına sərt cavab verib. "Hələ çox gəncəm. Kubilay bu haqda düşünə bilər, amma mən yox" deyə, o, bildirib.

Bundan başqa onun proqramda özünü qəribə aparması, qonaqların yardımı ilə müvazinətini saxlamağa çalışması Danlanın içki qəbul etdiyi iddiasını ortaya atıb. Bu səbəbdən onun veriliş bitməmiş efirdən çıxarıldığı deyilib.

Məsələ ilə bağlı açıqlama yayan Danla xəbərləri təkzib edib. O, "Hə, bir də mühafizə qolumdan tutub apardı" deyə, istehzalı şərh yazıb.





up