“Neftçi” və “Qarabağ”ın sabiq yetirməsi “Olimpiakos”da oynayacaq? - FOTO
15
7-01-2022, 22:24
İdman

“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.

"Azinform" xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Gənclər millimizin (U-21) sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci Super Liqa (I divizion) təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.

Lakin “Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova saytımıza onun klubla mövsümün sonunadək müqaviləsinin olduğunu və bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov “Neftçi”nin yetirməsidir. “Qarabağ”ın aşağı yaş komandasında da çıxış etmiş Turan “Sumqayıt” və “Zaqatala” klublarında peşəkar futbolçu həyatı yaşayıb.

 






up