Vətən müharibəsi qazisinə vəzifə verildi
21-09-2022, 18:50

Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub.

AZİNFORM.AZ-ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə Aslanov İsmayıl Yusif oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İsmayıl Aslanov Vətən müharibəsi qazisi, 3-cü qrup əlildir.





up