Mənzil sahibləri üçün YENİLİK: Pulu belə ödəyəcəklər - VİDEO
17-09-2022, 23:37

Mərkəzi istilik sisteminə sayğac quraşdırılacaq.

"Azəristiliktəchizat" ASC sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlayıb. Qurumun mətbuat katibi Elvin Basqallı deyib ki, 2022-2023-cü illər payız-qış mövsümündə pilot layihə olaraq müxtəlif tipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur.

Yeniliyə əsasən, vətəndaşlar mənzilin kvadratmetrinə görə ödəniş etməyəcəklər. İstilik sayğacları konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.

Sayğaclaşma prosesindən sonra vətəndaşlar özləri mənzillərinin istiliyini tənzimləyə biləcəklər. Tətbiq olunan yenilikdən sonra ödənişlərin artıb-artmayacağı məsələsinə gəlincə isə, bu, Tarif Şurasının verəcəyi qərardan asılı olacaq.





up