“Təhlükəsiz səyahət “ adlı insan alveri təhlükəsi barədə məlumatlandırıcı təlim keçirildi
17-09-2022, 20:04

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət “ ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması”  layihəsinin icra planına uyğun olaraq 16.09.2022 - ci il tarixində Bakı şəhəi, Binəqədi rayonu, Matadrom yaşayış Massivində yerləşən Qadın Sığınma Mərkəzində müxtəlif yaş qrupuna aid 30 nəfər şəxsə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi  keçdi. 

Azinform.az xəbər verir ki, təlimi tanınmış ekspert Mehriban Zeynalova apardı. O, təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin İnsan alveri qurbanına çevrilməmələri üçün  nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumat verdi. 

Təlimin sonunda iştirakçılara sertifikatlar verildi və layihənin növbəti mərhələsində maarifləndirmə turuna cəlb olunacaq  20 nəfər könüllülüər seçildi.







up