Paşinyanın məzlum baxışları, Əliyevin uzanan əli...- Günün fotosu
31-08-2022, 19:30

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü zamanı çəkilmiş şəkil günün fotosu hesab oluna bilər. Brüsseldə bu saatlarda çəkilib.

Azinform.az musavat.com-a istinadən bildirir ki, fotonun ən müxtəlif yozumları və yorumları mümkündür. Lakin heç bir yorum Azərbaycanın əleyhinə ola bilməz.

Çünki bədən dili hər şeyi ortaya qoyur.

Elə ermənilər də bu fikirdədirlər. Erməni mediası hesab edir ki, bu foto Azərbaycan Prezidentinin Paşinyan üzərində əzici üstünlüyü ifadə edir.

Ermənistanın Nyus.am saytında sözügedən foto ilə bağlı qeyd olunub ki, axşam yeni diplomatik məğlubiyyət xəbərlərini gözləmək lazımdır.

Gözləyək! Bu dəfə erməni deyən olsun!

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.





up