Babadağda bir neçə nəfər köməksiz vəziyyətə qalıb
6-08-2022, 13:19

FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZİNFORM.AZ Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.





up