Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - VİDEO
2-08-2022, 00:44

Ötən ay zəhərlənmə ilə bağlı klini tibb mərkəzinə 900-ə yaxın müraciət daxil olub. Onlardan isə 7-sinin həyatını xilas etmək mümkün olmayıb. Müraciət edənlərin 158-nə kəskin zəhərlənmə diaqnozu qoyulub ki, onlardan da əksəriyyəti dərman preparatlarından zəhərlənənlərdir.İyul ayi ərzində kliniki tibbi mərkəzə zəhərlənmə ilə bağli 880 nəfər müraciət edib. Onlardan 7 nəfərinin isə həyatini xilas etmək mümkün olmayib. Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, müraciət edənlərin 158-i kəskin zəhərlənmə diaqnozu ilə qəbul olunub.Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib.

Bu gün başlamasına baxmayaraq avqust ayının ilk günü də zəhərlənmə ilə bağlı müraciət edənlər olub. Onların əksəriyyəti də dərman preparatlarından zəhərlənənlərdir.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Ölən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.





up