Əhaliyə HAVA şəraiti ilə bağlı XƏBƏRDARLIQ
14-07-2022, 14:47

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən xəbərə görə, qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.





up