Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır
8-07-2022, 09:00

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

İyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.

Növbəti iş günü iyulun 13-dədir.

AZİNFORM.AZ





up