İntim münasibətdən kişilər daha çox İMTİNA EDİR
8-03-2023, 23:56

Adətən qadınların intim əlaqədən imtina etməsi, bir bəhanə ilə yayınması barədə miflər yayılıb.

Lakin sosioloji sorğulardan məlum oldu ki, qadınlara nisbətən kişilər cinsi münasibətdən çox imtina edirlər. Əvvəllər qadınlar bundan əziyyət çəkirdisə, indi daha çox kişilər əziyyət çəkir.

AZİNFORM.AZ "Medicina"-ya istinadən xəbər verir ki, sorğuların nəticəsində kişilərin 62 % - i həyat yoldaşlarından daha tez - tez cinsi münasibətdən imtina edir. 42 % - i isə yalnız iki həftədə bir dəfə sevişi.

Bu sorğular onu göstərdi ki, evlilik vəzifələrini yerinə yetirməkdən yayınmaq üçün bəhanələr gətirən qadınlar yox, kişilər imiş. Bu zaman " iş stressi" , "yorğunluq" , "baş ağrıları", "ağır şam yeməyi", " tv - də maraqlı verliş izləmək və ya internetdə çox vaxt keçirtmək" kimi bəhanələr ortaya çıxır.

Əslində əsas səbəb bədənə inamsızlıq, yorğunluq , iş stressi , internetdir. Bəzən həqiqi səbəb kompleks və oyanma ilə də bağlı olur.

Lakin ekspertin sözlərinə görə, cinsi əlaqədən imtina etmək normal sayılmır. Mütləq surətdə həkimə müraciət etmək lazımdır.





up