ABŞ-nin bir çox ştatları TikToku qadağan edir
19-01-2023, 22:31

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu istiqamətdə ilk qərarı Texas qubernatoru Qreq Abbottun verib.

O, sosial platformanın məhdudlaşdırılması ilə bağlı dekabr ayında qərar qəbul edib.

Bu qərardan sonra isə Texas Universiteti təhsil müəssisəsi daxilində TikTok sosial platformasına daxil olmağı əngəlləyib.

Belə ki, hazırda ABŞ-nin bir çox ştatlarında TikTokun qadağan edilməsi istiqamətində qərarlar verilir.

Buna səbəb isə Çin tərəfindən yaradılan TikTok sosial platformasının ABŞ-dəki məlumatları Çin hökumətinə ötürməsi qorxusudur.





up