3 milyon dollarlıq Bugattini yolda itələdilər - VİDEO TREND OLDU
11-01-2023, 21:20

“Bugatti”nin eksklüziv buraxılışı Chiron avtomobili Qanada sıxlıq yolun ortasında xarab olub. Maşını təhlükəsiz yerə itələmək lazım gəlib.

AZİNFORM.AZ bildirir ki, instaqramda paylaşılan bu gülməli video tezliklə trend olub, milyonlarla baxış və bəyənmə toplayıb.

Hadisənin təfərrüatları çox azdır. Naməlum səbəblərdən avtomobil getdiyi yerdə dayanıb. İki tonluq avtomobili 4 adam polis müşaiyəti ilə itələyib.

“Bugatti Chiron”un Qanalı media maqnatı Osei Kuame Dəyfnə məxsus olduğu bildirilir. Onun qarajında çoxlu bahalı avtomobillər var.

“Bugatti” yoxsul Afrika ölkəsində yeganə belə avtomobildir. Dolayısı ilə bir neçə min kilometr ərazidə Bugatti servisi olmadığı üçün avtomobil təmir üçün Avropaya göndərilməli olacaq. Əgər avtomobolin zəmanət müddəti bitibsə, nasazlıqların aradan qaldırılması baha başa gələ bilər.

Qeyd edək ki, “Bugatti Chiron” avtomobilinin qiyməti 3 milyon dollardan başlayır. O, dörd turbinli 8,0 litrlik 1500 at gücünə malik W16 mühərriki ilə təchiz edilib. Kupe 100 km/saata 2,5 saniyəyə sürətlənir və 420 km/saat sürət yığmağa qadirdir. /sfera.az/ 





up