Taksi sürücülərinin NƏZƏRİNƏ! - Bu qədər PUL ÖDƏYƏCƏKSİNİZ
29-11-2022, 13:54

Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.

AZİNFORM.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna III oxunuşda qəbul edilib.

Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.

Bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.





up