90 yaşlı sahibsiz qadın çarəsiz durumda - VİDEO
10-11-2022, 23:19

90 yaşlı Nigar Hüseynova baxımsız və kimsəsiz qalmasından şikayətlənir.

Ahıl qadın deyir ki, heç vaxt ailə həyatı qurmayıb. Uşaq vaxtı ayağının birini itirdiyindən illərdir protezlə gəzirmiş. Qardaşları və bacısı dünyasını dəyişib. Qardaşı uşaqları uzun müddət onunla yaşasa da, sonradan onlar da həmin mənzili tərk edib.

N.Hüseynova iddia edir ki, hazırda onunla yaşayan qardaşının həyat yoldaşı da ona baxmır. Günlərlə ac qalır.

Hazırda çox acınacaqlı durumda olan qadının köməyə ehtiyacı var.

Qeyd edək ki, 90 yaşlı Nigar Hüseynova Sumqayıtın 13-cü mikrorayonunda, 61 saylı binanın 24 nömrəli mənzilində yaşayır.

Nigar Hüseynovanın aqibəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun əməkdaşları reportajda qeyd edilən vətəndaşın evinə gedərək məsələ ilə maraqlanıblar. Nigar xanım qeyd olunan ünvanda qardaşının həyat yoldaşı ilə birlikdə yaşayır. Ailə tərəfindən Nigar xanımın ahıllar evinə yerləşdirilməsi ilə bağlı istək olmasına baxmayaraq, vətəndaş özü məsələyə tərəddüdlə yanaşıb. Vətəndaşın fikri qətiləşdikdən sonra lazımi dəstək göstəriləcək.


AZİNFORM.AZ



up