Bakı sakinlərinin nəzərinə - Noyabrın 15-dən etibarən...
8-11-2022, 22:59

Ölkə ərazisində havaların soyuması mənzillərin istilik məsələsini yenidən gündəmə gətirib.

AZİNFORM.AZ-ın məlumatına görə, Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq.

"Azəristiliktəhcizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı qeyd edib ki, istilik mövsümü üçün bütün zəruri tədbirlər görülüb.

"Azəristiliktəchizat"ın "Azəriqaz"a arasında illərdir çözülməyən borc probleminə gəlincə, bildirilib ki, hər iki qurum arasında razılaşma əldə olunub. Xəqani Süleymanlı qeyd edib ki, "Azəristiliktəhcizat" da sayğaclaşma prosesinin icrasına yaxın vaxtlarda başlanılacaq. Bu əvvəlcə pilot layihə kimi yalnız obyektləri əhatə edəcək. Hələlik mənzillərin sayğaclaşdırlması nəzərdə tutulmur. Layihənin icrasından sonra kart sistemilə ödənişə başlanacaq.





up