Hər evdə olan bu məhsul bir çox dərdin dərmanı imiş – QİYMƏTİ 1 manatdan da ucuzdur
6-11-2022, 22:07

Adi qida məhsulları, meyvə və tərəvəzlər insan orqanizminə dərman kimi təsir edə bilir.

Duz

AZİNFORM.AZ bildirir ki, adi duz güclü iltihabəleyhinə təsirə malikdir. Diş ağrıları zamanı duz məhlulu ilə qarqara iltihabı və ağrını azaldır.

Duz məhlulu həmçinin baş ağrılarını da azaldır. 1 stəkan isti suda 1 x.q. duz əridin, məhlulda dəsmalı isladın və alnınıza kompres şəklində qoyub bir qədər uzanın.

Limon

Limon qabığı da baş ağrıları zamanı kömək edir. Qabığı götürüb ağ tərəfini qicqahlara qoyun və dəsmalla bağlayıb bir qədər uzanın.

Həmçinin limon qabığı damaq problemləri zamanı da çox faydalıdır. Damaqları möhkəmləndirir, qanamanı azaldır. Qabığı çeynəmək lazımdır.

Kərəviz ağız qoxusunun aradan qalxmasına səbəb olur. Kərəvizin saplaqlarını çeynəmək ağızdakı qoxuları yox edir.

Alma sirkəsi

Alma sirkəsi varikoz xəstəliyində əziyyət çəkənlər üçün çox faydalıdır. Zədələnmiş damarlara sirkə islatmaları qoyun.

Sirkə təzyiqi salmağa da yardım edir. Bunun üçün isti suya bir neçə xörək qaşığı sirkə tökün və 10-15 dəqiqə ərzində ayaq vannasını edin.

Kartof

Çiy kartofun iltihabəleyhinə təsiri var. Mədə ağrısı zamanı kartof şirəsi ağrıları azaldır.

Kartofdan həm də ağcaqanad sançdıqda sakitləşdirici kimi istifadə edə bilərsiniz. Bunun üçün ağcaqanad dişləyən nahiyəyə çiy kartof sürtmək çox yaxşı kömək edir.





up