Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü
21
25-12-2021, 23:06
Hadisə

Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

“Azinform”un əldə etdiyi məlumata görə, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.

Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

 






up