Bakıda çoxmərtəbəli binada yanğın olub
20
25-12-2021, 22:55
Hadisə


Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Azinform" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 






up