24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi
28
25-12-2021, 22:38
Hadisə

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.

Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.






up