Türkiyəli fotoqraf İranda həbs edilib - FOTO
18
22-12-2021, 23:50
Hadisə / Dünya


Türkiyə vətəndaşı fotoqraf 4 gün öncə İranda həbs edilib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bu yana İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz “İnstagram” hesabında paylaşıb. Onun İsfahandan Şiraza gedərkən həbs edildiyi bildirilir.

Hazırda onun hara aparılması haqda məlumat yoxdur.

Türkiyəli turist qısa telefon danışığında dostlarına Şiraz şəhərində tutulduğu barədə məlumat verib. Ancaq onun hansı səbəblə həbs edilməsi və harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.

 






up