Elektron mətbuatın saxtakar jurnalistləri – ARAŞDIRMA
20-01-2022, 21:46
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Günü-gündən inkişaf edən mətbuat və informasiya məkanı yeniliklərlə daim üz-üzədir.

Tanınmiş internet mütəxəssisi, veb  proqramçı  Ziya Rəhmanzadə  Press.az İnformasiya Agentliyinin elektron mətbuatın nöqsanları barədə suallarını cavablandırarkən   bunları deyib:

“Azərbaycan media məkanında elektron mətbuat çox önəmli yer tutur. Çünki günümüzdə bütün insanlar  mobil telefonlar vasitəsilə  istənilən məkanda oturub lazım olan informasiyanı ala bilirlər. Bunun da nəticəsində reklam bazarında ən çox kütləsi olan yer  elə həmin elektron mətbuatdır.

Yalnız nəzərə almaq lazımdır ki, bu nə qədər uğurlu olsa da elektron mətbuat internet bilgisi zəif olan insanları  aldatmaq üçün fırıldaqçılara əla fürsətdir. Bu gün bir çox əksəriyyət sayt rəhbərləri öz saytlarına saxta IP  ünvanları yükləyərək saytının giriş statistikasını süni artırır. Bu da həqiqi zəhmətlə çalışan saytları bir növ kölgədə qoyur. Onların iqtisadi durumuna ciddi təsir göstərir.  Hətta ölkəni belə özünüz  seçə biləcəyiniz saxta IP  xidmətləri  göstərən xarici  saytlardan istifadə etməklə aylıq  50-5000$ xərcləyib,  saytın ziyarətçi kimi görsənən  IP adreslərinin sayını artırmaq mümkündür.  Bu ip ünvanları statistika aparan digər sayğac sistemlərində doğru IP ünvanı olaraq sayı yüz minlərlə  göstərilməkdədir.  Amma ortada nə sənin xəbərini oxuyacaq nə də reklamına baxacaq kütlə yoxdur .

Bir çox sayt rəhbərləri  isə eyni sayğaca bir neçə saytı yönləndirərək başqa formada  saxta IP fırıldaqçılığını ilə məşğul olurlar.  Saytda oxunma sayını əl ilə redaktə edib kütlənin gözünü boyamaq və ya sənə reklam verən şirkəti aldatmaq jurnalist fəaliyyətinin təməl prinsiplərinə ziddir.”

Sonda onu qeyd edək ki, ölkəmizdə yetəri qədər tanınan və analitik xəbərləri ilə daim diqqət çəkən saytlar və dəyərli jurnalistlərimizin uğurlu fəaliyyəti yetərli qədərdir.





up