Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - FOTO
19
26-12-2021, 04:08
Gündəm / Aktual

Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.

"Azinform" "qafqazinfo"-ya istinadən xəbər verir ki, açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.

O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.

Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.

Elşən Sanayev Vətən müharibəsindən sonra "Döyüşdə fərqlənməyə görə", Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.

 






up