Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib.
Azinform xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Knews” nəşri yayıb.
Bildirilir ki, ölkə Prezidenti mediada mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə səbəb olan bəyanata görə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib.
Qeyd edək ki, dekabrın 21-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonəliyevin 2022-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.