Ermənistanın Təhlükəsizlik Şurasının katibi: “Həm Ankaraya, həm də Bakıya getməyə hazırıq”
21
23-12-2021, 00:18
Dünya

Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.

Bu açıqlama ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - deyə Armen Qriqoryan söyləyib.

A. Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi regional məsələlər əlaqədar işləməyə və müzakirələr təşkil etməyə hazırdır.

 






up