Volodimir Zelenski: ‘‘İşğalçılar hәr yerә mina yerlәşdiriblәr’’
12-04-2022, 12:20
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının ölkəsinin şimal bölgələrindən geri çəkilərkən qəsdən çox sayda partlayıcı qurğu yerlәşdirdiyini bildirib. Volodimir Zelenski bu addımın hәrbi cinayәt hesab edilmәsinin vacibliyini vurğulayıb.

AZİNFORM.AZ-ın məlumatına görə, Volodimir Zelenski yaydığı  növbәti videomüraciәtindә bildirib ki, rus hәrbçilәrindәn azad edilәn bölgәlәrin minalardan tәmizlәnmәsi üzrә işlәr davam etdirilir.

Sözügedәn bölgәlәrdә gündә azı min partlayıcının zәrәrsizlәşdirildiyini ifadә edәn Volodimir Zelenski deyib:“İşğalçılar hər yerdə mina yerlәşdiriblәr. Küçələrə, evlərə, maşınlara. Bu, qəsdən edilən bir hərəkətdir’’.

Volodim Zelenski ölkəsinin Rusiya ordusunun hərəkətləri nəticəsində dünyanın ən çox minalanmış ərazilərindən birinə çevrildiyinə diqqət çəkib.

“Rusların işğal etdikləri əraziləri minalarla doldurması hәrbi cinayәt hesab edilməlidir. Çünki bu, torpağımızdan geri çəkilmək mәcburiyyәtindә qalsalar da, mümkün qədər çox insanı öldürmək və ya şikəst etmək üçün edilən bir hәrәkәtdir. Bu cür hərəkətlər yalnız  göstәrişlә edilir”,-deyә Ukrayna prezidenti qeyd edib.

Bundan əlavə, Zelenski Rusiyanın Mariupol müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə edə biləcəklərini açıqladığını bildirib. Volodimir Zelenski deyib: ‘‘Biz bunu çox ciddi qəbul edirik. Bu o deməkdir ki, Rusiyanın təcavüzünə daha sərt və daha sürətli cavab vermək lazımdır”.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.





up