BMT ofislərini qorumaq üçün “Taliban”a pul təklif edib
23
23-12-2021, 00:37
Aktual


Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstandakı şəxsi heyətinin və ofislərinin təhlükəsizliyini təmin etmək üçün “Taliban”a pul təklif etdiklərini təsdiqləyib.

“Azinform” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Fərhan Haq bildirib.

Baş katibinin sözçüsü təhlükəsizliyi təmin etmək üçün “Taliban”a altı milyon dollar təklif edib-etməməsi ilə bağlı suala belə cavab verib:

“BMT Əfqanıstandakı səlahiyyətlilərdən müxtəlif təhlükəsizlik təminatları və yardım tələb edib. Kampuslarımızın təhlükəsizliyi üçün vacib olan əlavə təhlükəsizlik xidmətləri göstərən işçilərə maaş veririk".

F.Haq “Taliban”a nə qədər pul ödənildiyini açıqlamayıb.

O bildirib ki, təhlükəsizliyin təmin edilməsində normal olaraq ev sahibi ölkələr məsuliyyət daşıyır:

“Lakin son bir neçə ildə Əfqanıstan dövlət rəsmilərinin çətin iş mühiti və məhdud təhlükəsizlik xidmətinə görə BMT bir müddətdir əlavə təhlükəsizlik xidmətləri üçün büdcə ayırıb”.

 






up