Gənc yaşlarda əldə edilməli 5 vərdiş
26-04-2022, 00:51
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Gənc yaşlarda əldə edilməli 5 vərdiş. Bədən tədricən tükənir, daha pis və daha zəif işləməyə başlayır. Kürək, bel, dizlərdə ağrılar, ürək və digər orqanların fəaliyyətinin zəifləməsi insanların yaşlandıqca qarşılaşdıqları problemlərin sadəcə kiçik bir hissəsidir. Neqativ nəticələrin sayını azaltmaq üçün sağlamlığınızın qeydinə gənc yaşlardan başlamaq vacibdir. Gələcəkdə orqanizminizin qayğısına qala bilmək üçün indidən bəzi qaydalara əməl edilməlidir.

AZİNFORM.AZ-ın məlumatına görə, istənilən aktivlik onun ümumiyyətlə olmamasından yaxşıdır. Ən əsası daimi fiziki aktivliyi həyat tərzinə çevirməyə çalışmaq və bu yöndə hərəkətlərinizin müəyyən şablonunu yaratmaqdır.

Yuxunuza diqqət yetirin

Yuxu zərurətdir və yuxunun olmaması, yuxu müddətinin azalması bir çox bədən funksiyalarının pozulmas ilə nəticələnə bilər. Yuxu çatışmamazlığı olan insanlarda bədən reaksiyaları yavaşlayır və diqqət yayınıqlığı baş verir. Bundan başqa, xroniki yuxusuzluq aclıq hissini artırır, bədən çəkisi və qan təzyiqi yüksəlir. Ürək-damar xəstəliklərinin riskində yüksəliş baş verir.

Alimlərin təxminlərinə görə yuxunun qısa müddətli və fraqmentar olması bərpa prosesini gecikdirə bilər. Beləki, bərpa prosesi gecə saatlarında sürətlənir. Prosesin pozulması isə orqanizim normal fəaliyyətini pozar və zamanla xroniki xəstəliklərə səbəb olar.

Piyada gəzməyə üstünlük verin

Maddələr mübadiləsindəki pozuntular və yayınmaların səviyyəsi sizin gün ərzində oturaq fəaliyyətinizdən aslıdır. Oturaq həyat tərzi sağlamlığa neqativ təsir edir. Sonradan aktiv hərəkətləriniz yaranmış narahatlıqların qarşısını almaya bilər.

Araşdırmaların nəticələrinə görə bədən çəkisini atmış, arıqlamış insanlar yalnız gün ərzində az oturduqda nəticələri qoruyub saxlaya bilərlər. Bu halda hər şeyi iş rejiminin şablonu həll edir: çalışın nəqliyyat vasitələrindən istifadə əvəzinə məsafəni piyada qətt edin, lift əvəzinə pilləkənlərdən istifadə edin və s.

Ayaqqabı seçimini düzgün edin

Yaşla bağlı ayaqların ölçüləri dəyişir: böyüyür və deformasiyaya uğrayır. Bu səbəbdən də, ayaqqabı seçimində diqqətli olmaq lazımdır. Uyğun seçilmiş ayaqqabılar balansı və yerişi yaxşılaşdırar, yıxılma riskinin qarşısını alar.

  • Ayaqqabı ayaq ölçülərinə uyğun seçilməlidir, dəriyə diqqət yetirilməlidir.
  • Hər alış zamanı öncədən geyinərək rahatlığını yoxlamağa çalışın.
  • Ortoedik vasitələrdən istifadə edirsinizsə, ayaqqabı alarkan onları özünüzlə götürməyi unutmayın.
  • Dar ucluqlu ayaqqabılardan çəkinin.

İdmanla məşğul olmaq üçün xüsusi ayaqqabılara diqqət yetirin. Qaçış, tenis, qolf, futbol, boks, basketbol, ağır atletika, velosport üçün hər birinin özünə uyğun ayaqqabıları var. Hər biri dizayn, material və çəkisinə görə seçilir. Nəticədə ayaqlar konkret yüklənmələrdən və zədələnmələrdən qoruna bilər.

Onurğanıza diqqət yetirin

“İdeal” bədən forması olmadığı kimi, ideal duruş forması da yoxdur. Yaxşı qamət onurğa sütununun neytral duruşudur. Yəni, əzələlər və onurğa sütunu onlara çox ağırlıq düşməyəcək formada durmalıdır. 

Əgər onurğanız əyilibsə bir neçə problemlərlə qarşılaşmalı olacaqsınız:

  • əzələ və oynaq dartılmaları,
  • baş, boyun və kürək ağrıları,
  • iş fəaliyyəti və idman məşqləri zamanı zədələnmələr.

Yanlış və əyri qamət geniş yayılmış haldır. O həm xarici görünüşə, həm özgüvən hissinə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Onu xüsusi hərəkətlər sayəsində düzəltmək və yaxşılaşdırmaq mümkündür.

Onurğa sütununun düzəldilməsi üçün oturuş, duruş və uzanmaq kimi gündəlik rəfdarınızı dəyişməlisiniz. Gündəlik həyatda icra etdiyiniz hərəkətlərə diqqət yetirin.

  • İş stolunuzu sizə rahat şəkildə quraşdırın.
  • Kürəkli stullardan istifadə edin.
  • Mobil telefonunuza baxarkən qamətinizə diqqət yetirin. Bu halda başı telefon üçün əymək deyil, telefonu göz səviyyəsinə qaldırmaq lazımdır.
  • Ortopedik matras alın.
  • Yerişinizə diqqət yetirin – ayağınızı çəkməyin, bir ayağınız üzərinə güc verməyin.
Stress hallarından yayınmağa çalışın

Bəzi araşdırmaların nəticələrinə görə stress halları qocalma prosesini gücləndirir, ürək-damar xətəliklərini artırır, şəkərli diabedə səbəb olur. Eyn zamanda, Proceedings of the National Academy of Sciences dərgisində dərc edilən nəticələrə əsasən stress immun sisteminə də mənfi təsir göstərə bilər.

Məsələ ondadır ki, stress halları toxumaların parçalanma prosesini gecikdirir. Toxumaların parçalanması gec və zəif baş verdikdə, orqanizim daha sürətlə qocalır. Bu səbəbdən neqativ emosiyalar və narahatlıqlar minimuma enməlidir.

Bütün bunlar sizə xırdalıq kimi görünsə də, həyatımız məhs bu nüyanslardan ibarətdir. Bu gün özünüzə daha çox diqqət yetirməklə, gələcək həyatınızda yarana biləcək narahatlıqlardan uzaq olmuş olarsınız.





up