Rusiyada polisdən qaçan oğru binanın divarından yıxılaraq öldü - VİDEO
11-08-2022, 20:41

Rusiyanın paytaxı Moskvada oğru ərzaq mağazasını soymağa cəhd edib.

Polis oğrunun ardınca düşərək onu təqib edib. Bu zaman şübhəli qaçaraq binanın divarına dırmaşıb. O, müvazinətini itirib və yıxılıb.

Hadisə yerinə gələn həkimlər onu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Ölən şəxsin əvvəllər qadağan olunmuş maddələrin saxlanması və yayılmasına görə məhkum olunduğu müəyyən edilib. Qonşuları iddia ediblər ki, həmin şəxs narkotik aludəçisi imiş və oğurluq etdiyi gün də sərxoş vəziyyətdə olub.  /oxu.az/


AZİNFORM.AZ



up