Kabab iyi gəlir deyən macarlara "Qarabağ"ın futbolçusundan sillə kimi CAVAB
11-08-2022, 12:57

Bir müddət öncə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilən ilk qarşılaşmasında rəqib komandanın oyunçusu Endre Botka Tofiq Bəhramov adına Respublika Stadionundan "kabab qoxusu" gəlməyindən şikayətlənmişdi. 

AZİNFORM.AZ xəbər verir ki, Macarıstanda baş tutan cavab matçında rəqib üzərində 1-3 hesabı ilə inamlı qələbə qazanan "Qarabağ"ın oyunçusu Riçard Almeyda Botkanın "kabab qoxusu" ilə bağlı kinayəli açıqlamalarına özünəməxsus reaksiya verib. 

Belə ki, oyunçu qarşılaşmanın sonunda qələbəni qeyd edən zaman kameralara "Azərbaycan kababı əla" deyə səslənib.

Sözügedən görüntüləri sizə təqdim edirik:





up